...

ARDNŞ Bakı və Abşeronun qazpaylayıcı şəbəkəsinin rekonstruksiyası üçün baza hazırlayacaq

Energetika Materials 24 Avqust 2011 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir E.İsmayılov/

İlin sonunadək ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Bakı və Abşeron yarımadasının qazpaylayıcı sisteminin elektron xəritəsinin hazırlanmasını başa çatdırmağı planlaşdırır. Bu barədə çərşənbə günü İB-dən bildirilib.

İB-dən deyildiyi kimi, xəritə ABŞ-ın Coğrafiya Cəmiyyətinin AR GIS proqramı əsasında hazırlanacaq.

"Hazırda qazpaylayıcı sistemin monitorinqi keçirilir. Müvafiq olaraq, ilin sonunadək ARGIS proqramı bazasında sistemin elektron xəritəsi hazırlanacaq", - İB-dən deyiblər.

Bakının bəzi rayonlarında monitorinqlər artıq keçirilib, lakin proses hələ davam edir.

Elektron xəritənin hazırlanması başa çatdıqdan sonra Almaniyanın E.ON şirkəti qazpaylayıcı sistemin rekonstruksiyasına başlayacaq.

Bakı və Abşeron yarımadasının qaz sistemi ölkəadə ən iri sistemdir və 650 minə yaxın abonenti əhatə edir. Onun rekonstruksiyası və modernləşdirilməsi üçün mövcud infrastrukturun 90 faizi yenilənməlidir.

Layihənin reallaşdırılmasına 800-900 milyon avro xərclənə bilər.

Xəbər lenti

Xəbər lenti