...

Almaniya çirklənmiş ərazilərin sağlamlaşdırılması konsepsiyasının hazırlanmasında Azərbaycana kömək edəcək

Energetika Materials 6 Sentyabr 2011 13:28 (UTC +04:00)
Almaniya hökuməti sənaye müəssisələrinin bir çox illər ərzində çirklənmiş ərazilərinin təmizlənməsi konsepsiyasının hazırlanması üzrə kadastrın tərtibində Azərbaycana kömək edəcək.
Almaniya çirklənmiş ərazilərin sağlamlaşdırılması konsepsiyasının hazırlanmasında Azərbaycana kömək edəcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.İsmayılov/

Almaniya hökuməti sənaye müəssisələrinin bir çox illər ərzində çirklənmiş ərazilərinin təmizlənməsi konsepsiyasının hazırlanması üzrə kadastrın tərtibində Azərbaycana kömək edəcək.

Bu tədbirlər çərşənbə axşamı Sumqayıtda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi ilə Almaniyanın GICON şirkəti arasında imzalanmış saziş çərçivəsində nəzərdə tutulub. Saziş "Azərbaycanda çirklənmiş ərazilərin sağlamlaşdırılması konsepsiyası" çərçivəsində imzalanıb.

Trend-in məlumatına görə, sazişi İB-nin rəhbəri Muxtar Babayev və alman şirkətinin icraçı direktoru Yohan Qrosman imzalayıb.

"Saziş çirklənmiş torpaqların təmizlənməsi, İB ərazisindəki istehsalat meydanları üzrə çirklənmiş torpaqların təmizlənməsi metodologiyası, eləcə də bu sahələrin təmizlənməsində alman tərəfinin iştirakının mümkünlüyünü nəzərdə tutur", - Babayev imzalanma mərasimində deyib.

Tərəflər arasında saziş sentyabrın 6-da İB-də (Sumqayıt şəhəri) öz işinə başlamış "Çirklənmiş torpaqların riskinin müəyyən edilməsi" konfransının gedişində imzalanıb. Konfrans Almaniyanın Təbiət, Ətraf Mühit və Radiasiya Təhlükəsizliyi Federal Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşəbbüsü və "Azərikimya"nın dəstəyi ilə keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd çirklənmiş torpaqların təmizlənməsi sahəsində zəngin təcrübəyə malik olan alman mütəxəssislərin təcrübəsinin öyrənilməsi, onların Sumqayıtdakı kimya kompleksinin ərazisinin çirklənməsini qiymətləndirılməsinin üsul və metodlarının birgə hazırlanması və işlənməsinə cəlb edilməsidir.

Konfransın işinin üç günü ərzində Azərbaycan və Almaniyanın dövlət strukturları nümayəndələrinin, eləcə də bəzi sənaye müəssisələri mütəxəssislərinin məruzələri dinləniləcək.

Konfrans azərbaycanlı mütəxəssislərə tədqiqatın müasir üsul və metodlarını öyrənməyə, çirklənmiş torpaqların, eləcə də istehsalat ərazilərinin reabilitasiyasına nail olmağa, eləcə də Sumqayıtın ətraf mühitinin gələcəkdə yaxşılaşdırılması məqsədilə qabaqcıl dünya təcrübəsini effektiv şəkildə tətbiq etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti