Gürcüstan, Tbilisi, 12 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Milli Neft Şirkətində dövlətin payı azalır. Trend-in məlumatına görə, bununla bağlı "Neft və qaz haqqında" qanuna dəyişikliklər bu gün parlament bürosunun iclasında irəli sürülüb.
Qüvvədə olan qanuna əsasən, Milli Neft Şirkəti səhmlərinin 75 faizdən çoxunun dövlət tərəfindən idarə olunduğu bir müəssisədir ki, ona Gürcüstan Prezidentinin fərmanı ilə Milli Neft Şirkəti statusu verilib.
Yeni dəyişikliklərə görə, şirkətdə dövlət payının 50 faizdən bir qədər çox hissəsinə zəmanət verilir.