...

Yevlax şəhərinə qaz verilişində fasilələr yaranacaq

Energetika Materials 11 Oktyabr 2011 12:57 (UTC +04:00)
Oktyabrın 12-də aparılan təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Yevlax şəhəri və ona yaxın qəsəbələrə qaz verilməsində fasilələr yaranacaq.
Yevlax şəhərinə qaz verilişində fasilələr yaranacaq

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.İsmayılov/

Oktyabrın 12-də aparılan təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Yevlax şəhəri və ona yaxın qəsəbələrə qaz verilməsində fasilələr yaranacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Döğvlət Neft Şirkəti) çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, həmin müddət ərzində Yevlax şəhəri daxil olmaqla, Nərimanabad, Nemətabad kəndlərinə, eləcə də Aran qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələr "Yevlax-I" qazpaylayıcı stansiyasının qaz təchizatının dayandırılması ilə əlaqədardır.

Yevlax şəhəri paytaxt Bakının 280 kilometrliyində yerləşir.

Xəbər lenti

Xəbər lenti