Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.İsmayılov/
"Tengiz" neft yatağından əlavə olaraq üç milyon ton Qazaxıstan neftinin Azərbaycanın dəmir yolu vasitəsilə nəqli barədə razılaşma əldə olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə və dəmir yolu işçilərinin peşə bayramı günü həsr olunmuş tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.
"Ölkənin dəmir yolu ilə əlavə üç milyon ton "Tengiz" neftinin nəqli üzrə razılaşma əldə olunub", - nazir deyib.
Məmmədovun sözlərinə görə, dəmir yolu ilə neft və neft məhsullarının nəqli üçün 1500-1600 vaqon-sisternin alınması planlaşdırılır.