...

Türkiyə ilə saziş Azərbaycanın yalnız "Şahdəniz" yatağından qaz ixracına imkan vermir - ARDNŞ

Energetika Materials 2 Noyabr 2011 11:36 (UTC +04:00)
Türkiyə ilə tranzit sazişin əldə olunması Azərbaycana təkcə "Şahdəniz" yatağından deyil, digər yataqlardan da qaz ixrac etməyə imkan verir.
Türkiyə ilə saziş Azərbaycanın yalnız "Şahdəniz" yatağından qaz ixracına imkan vermir - ARDNŞ

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.İsmayılov/

Türkiyə ilə tranzit sazişin əldə olunması Azərbaycana təkcə "Şahdəniz" yatağından deyil, digər yataqlardan da qaz ixrac etməyə imkan verir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) vitse-prezidenti Elşad Nəsirov çərşənbə günü Bakıda keçirilən "Azərbaycanın Dövlət Neft Fondunun milli neft strategiyasında yeri və rolu" konfransında deyib.

"Türkiyənin mövcud qaz infrastrukturlarından istifadə etməklə Avropaya 10 milyard kubmetrə yaxın Azərbaycan qazının tədarükü mümkün olacaq", - Nəsirov deyib.

ARDNŞ-nin vitse-prezidentinin sözlərinə görə, Azərbaycan qazının Türkiyənin şərq sərhədlərindən qərbədək nəqlinin təmin olunması məqsədilə üç varianta baxılması mümkündür. Onların sırasında Türkiyə ərazisindəki mövcud infrastrukturun modernləşdirilməsi və genişləndirilməsi, "Nabukko" qaz kəmərinin tikintisi, eləcə də Türkiyə ərazisində yeni qaz kəmərinin çəkilişi var.

"Yeni qaz kəmərinin çəkilişi məsələsinə baxmaqla yaradılacaq konsorsium məşğul olacaq", - Nəsirov deyib.

O bildirib ki, hazırda Azərbaycan xalis qaz ixracatçısına çevrilib və ölkədə artan qaz həcmlərinin ixracı üçün tədarükün bir neçə variantı nəzərdən keçirilir.

Oktyabrın sonlarında Azərbaycan və Türkiyə qaz sazişləri paketini imzalayıblar. Paketə Avropaya ildə 10 milyard kubmetr həcmində Azərbaycan qazının ixracını nəzərdə tutan tranzit sazişi daxildir.

İmzalanmış sazişlər paketində 2017-ci ildən"Şahdəniz" yatağından Türkiyəyə yatağın işlənməsinin birinci mərhələsində ixrac olunan 6,6 milyard dollar həcmə əlavə olaraq altı milyard kubmetr həcmdə qazın tədarükü daxildir.

"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti