...

ARDNŞ yeraltı qaz anbarlarına rekord həcmdə qaz vurub

Energetika Materials 11 Noyabr 2011 14:09 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2011-2012-ci illər payız-qış mövsümünə 3,3 milyard kubmetr (ötən il üç milyarda yaxın) - rekord həcmdə qaz ehtiyatları ilə daxil olub.
ARDNŞ yeraltı qaz anbarlarına rekord həcmdə qaz vurub

Azərbaycan, Bakı, 11 noyabr / Trend, müxbir E.İsmayılov /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2011-2012-ci illər payız-qış mövsümünə 3,3 milyard kubmetr (ötən il üç milyarda yaxın) - rekord həcmdə qaz ehtiyatları ilə daxil olub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev Azərbaycan Qaz Emalı Zavodunun 50 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, şirkət payız-qış mövsümündə ölkədəki bütün istehlakçıları qazla təmin edəcək.

O həmçinin bildirib ki, istehlakçıların qazla təmin olunmasında heç bir problem olmayacaq, bunun üçün imkanlar var.

Abdullayev deyib ki, bu gün ARDNŞ hazırkı tələbatı iki dəfə üstələyən imkanlara malikdir.

ARDNŞ rəhbərinin sözlərinə görə, qaz tədarükü ilə bağlı yalnız bəzi qaz nəqli infrastrukturlarının pis vəziyyətdə olması səbəbindən texniki xarakterli ayrı-ayrı problemlər müşahidə oluna bilər.

Abdullayevin sözlərinə görə, bununla yanaşı, ARDNŞ bütün ölkə ərazisində qazlaşdırmanın səviyyəsini artırmaq üçün mövcud qaz kəmərlərinin təmiri və dəyişdirilməsi, yeni abunəçilərin sistemə qoşulması üzrə işlər həyata keçirir.

Xəbər lenti

Xəbər lenti