Azərbaycan, Bakı, 14 noyabr /Trend müxbir E.Tariverdiyeva/
ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycanda səfərdədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Sonuncu dəfə Morninqstar iyunda Bakıda keçirilən "Caspian Oil and Gas" - 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası sərgi və konfransına gəlib.