...

Azərbaycanın "Şahdağ" elektrik stansiyası istehsalı artırıb

Energetika Materials 29 Noyabr 2011 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-oktyabrda "Şahdağ" elektrik stansiyasında (Azərbaycanın şimal regionu) 230 milyon kilovat-saatdan artıq enerji istehsal edilib ki, bu da proqnozlaşdırılandan 5,1 milyon kilovat-saat çoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, oktyabrda stansiyada 25,8 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılandan 360 min kilovat-saat çoxdur.

Hər birinin gücü 8,7 MVt olan 12 ədəd porşen tipli aqreqatdan ibarət olan "Şahdağ" elektrik stansiyası 2009-cu ilin sentyabr ayında istifadəyə verilib.

Hazırda SC-nin balansında 500, 330, 220 və 110 kilovatlıq 200-dən çox yarımstansiya, eləcə də altı su elektrik və 13 istilik elektrik stansiyası var. Hazırda Azərbaycanın enerji gücü 6,5 min meqavat təşkil edir.

Xəbər lenti

Xəbər lenti