Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qalmaz" yeraltı qaz anbarının quyularından birində aparılan iş zamanı Dövlət Neft Şirkətinin iki işçisi yüngül xəsarət alıb. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-in Qaz Anbarlarının İstismarı İdarəsindən məlumat veriblər.
Baş verən hadisə nəticəsində 34 yaşlı Ramil Şəmsəddinov və 22 yaşlı Sənan Səfərli yüngül xəsarət alıblar.
Məlumata əsasən, boruda yığılan qazın onun qaynaq edilən hissəsindən tullantısı nəticəsində işçilər xəsarət alıblar. Qazın tullantısı işçiləri işin aparıldığı yerdən kənara atıb.
"İşçilər ağır xəsarət almayıblar və hazırda onların vəziyyətı normaldır", - idarədən deyiblər.