...

2011-ci ildə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 30 milyard dollar təşkil edəcək

Energetika Materials 7 Dekabr 2011 10:52 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri bu ilin sonunadək 30 milyard dollar təşkil edəcək.
2011-ci ildə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 30 milyard dollar təşkil edəcək

Azərbaycan, Bakı, 7 dekabr / Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri bu ilin sonunadək 30 milyard dollar təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNF-nin rəhbəri Şahmar Mövsümov bildirib.

Oktyabrın 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 41,6 faiz artaraq (22 milyard 766,8 milyon dollar) 32 milyard 242,5 milyon dollar təşkil edib.

İlin yekunları üzrə aktivlərin ümumi həcmində azalma Fondun hələ dövlət büdcəsinə transferlər üzrə ödənişlər həyata keçirməli olması ilə bağlıdır.

Gələn il üzrə proqnozlara toxunan Mövsümov qeyd edib ki, fondun büdcəsi neftin bir barelinin qiymətinin 80 dollar hesabı ilə formalaşıb. Qiymətlərin bu səviyyədə saxlanması ilə fondun aktivləri dəyişməz qalacaq. Əgər neftin qiyməti yuxarı olarsa, onda fondun aktivləri artacaq.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Xəbər lenti

Xəbər lenti