...

Azərbaycanın qaz sistemi sutkada 50 milyon kubmetr qaz alır – ARDNŞ

Energetika Materials 14 Dekabr 2011 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi ölkənin paylayıcı qaz sisteminə sutka ərzində 50 milyon kubmetrə yaxın qaz tədarük edir. Trend-in məlumatına görə, bu barədə "Azəriqaz" İB rəhbərinin əməyin mühafizəsi üzrə müavini Aydınbəy Amanov çərşənbə günü jurnalistlərə bildirib.

İB tərəfindən tədarük edilən qaz "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan, "Şahdəniz" qaz-kondensat yatağından, eləcə də ARDNŞ-nin özünün sərbəst işlədiyi yataqlardan daxil olur.

"Qaz sisteminə verilən ümumi qazın həcmindən 20 milyon kubmetrdən çox əhali qrupundan olan abonentlərin təminatına gedir. Yerdə qalan hissə sənaye müəssisələrinin tələbatının ödənilməsinə və ixrac əməliyyatlarının həyata keçirilməsinə yönəldilir", - Amanov deyib.

Xəbər lenti

Xəbər lenti