...

Azərbaycan neftinin qiymətləri: 2-6 yanvar həftəsinin yekunları

Energetika Materials 7 Yanvar 2012 14:07 (UTC +04:00)
2-6 yanvar həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 113,04 dollar/bareldən çox olub.
Azərbaycan neftinin qiymətləri: 2-6 yanvar həftəsinin yekunları

Azərbaycan, Bakı, 7 yanvar / Trend müxbir E.İsmayılov/

2-6 yanvar həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 113,04 dollar/bareldən çox olub. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən təxminən 2,9 dollar çoxdur.

2-6 yanvar həftəsində AZERI LT-nin qiyməti maksimum 115,39, minimum isə 109,02 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

2-6 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 106,66 dollar/barelə yaxın təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 3,34 dollar/barel çoxdur.

2-6 yanvar həftəsində URALS-ın qiyməti maksimum 109,41 dollar/barel, minimum isə 101,93 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

2-6 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 111,25 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən təxminən 3,77 dollar/barel yuxarı olub.

12-6 yanvar həftəsində "Brent Dated"in qiyməti maksimum 113,81, minimum isə 106,51 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti