...

Azərbaycan neftinin qiymətləri: 9-13 yanvar həftəsinin yekunları

Energetika Materials 14 Yanvar 2012 13:14 (UTC +04:00)
9-13 yanvar həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təxminən 114,03 dollar/barel olub.
Azərbaycan neftinin qiymətləri: 9-13 yanvar həftəsinin yekunları

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.İsmayılov/

9-13 yanvar həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təxminən 114,03 dollar/barel olub. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən demək olar ki, 1 dollar çoxdur.

9-13 yanvar həftəsində AZERI LT-nin qiyməti maksimum 115,3, minimum isə 112,32 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

9-13 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 108,8 dollar/bareldən çox olub. Bu, ötən həftənin orta qiymətindən təqribən 2,2 dollar/barel çoxdur.

9-13 yanvar həftəsində URALS-ın qiyməti maksimum 110,3, minimum isə 107,27 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

9-13 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 111,7 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən 0,44 dollar/barel yuxarı olub.

9-13 yanvar həftəsində "Brent Dated"in qiyməti maksimum 112,94, minimum isə 109,89 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti