...

Aİ alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində Azərbaycanın hazırladığı strategiyanı alqışlayır

Energetika Materials 18 Yanvar 2012 13:52 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Aİ alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində Azərbaycanın hazırladığı strategiyanı alqışlayır

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.İsmayılov /

Avropa İttifaqı (Aİ) alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda deyilir.

"Aİ-dəkı şirkətlər bərpa edilən enerji sahəsində dünya liderləridir. Onlar bu sahədəki texnologiyaları və təcrübələrini bölüşməyə hazırdırlar", - Aİ nümayəndəliyinin rəhbəri səfir Rolan Kobia deyib.

Onun sözlərinə görə, Aİ 2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında Prezident İlham Əliyevin imzaladığı son sərəncamı alqışlayır.

Neft və qazdan savayı, Azərbaycan günəş, külək, su, geotermal və biokütlə enerjisi kimi böyük yaşıl enerji potensialına malikdir.
Kobia bildirib ki, Prezident İlham Əliyevin təlimatı ilə müvafiq qanuvericilik bazasının tezliklə hazırlanması bu yaranan sektorun inkişafına təkan verəcək, Azərbaycan iqtisadiyyatına fayda gətirəcək, iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal məqsədlərin əldə olunmasına töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti