Azərbaycan, Bakı, 23 yanvar /Trend müxbir E.İsmayılov/
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 20-də 111,45 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiymətləri cümə axşamına nisbətən 0,39 dollar/barel azalıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 20-də 110,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel azdır.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 20-də 106,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,2 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 20-də 108,3 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,1 dollar/barel azdır.