...

Bakının enerji operatoru elektrik enerjisinin verilişində yaranan problemləri aradan qaldırıb

Energetika Materials 3 Fevral 2012 11:30 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" SC cümə axşamı güclü külək və çovğun səbəbindən yerlərdə elektrik enerjisinin verilişində yaranan problemləri aradan qaldırıb.
Bakının enerji operatoru elektrik enerjisinin verilişində yaranan problemləri aradan qaldırıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" SC cümə axşamı güclü külək və çovğun səbəbindən yerlərdə elektrik enerjisinin verilişində yaranan problemləri aradan qaldırıb. Bu barədə cümə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Bakıda və ətraf qəsəbələrdə elektrik enerjisinin verilişində lokal problemlər güclü külək və çovğun səbəbindən yaranıb.

"Bütün problemlər aradan qaldırılıb və hazırda paytaxt ərazisində elektrik enerjisinin verilişi və paylanmasında problem yoxdur", - Mustafayev deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti