Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir A.Bədəlova/
20-24 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 126,4 dollar/bareldən çox təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən 3,5 dollar çoxdur.
20-24 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 128,1, minimum isə 124,78 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
20-24 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 120,64 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən təxminən 3 dollar/barel çoxdur.
20-24 fevral həftəsində URALS-ın qiyməti maksimum 122,06, minimum isə 119,16 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
20-24 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 123,25 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 2,88 dollar/barel çoxdur.
20-24 fevral həftəsində "Brent Dated"in qiyməti maksimum 124,99, minimum isə 121,41 dollar/barel təşkil edib.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.