...

ARDNŞ Azərbaycanda kapital tutumlu layihəni nəzərdən keçirir

Energetika Materials 6 Aprel 2012 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tullantıların zərərsizləşdirilməsi və idarə edilməsi üzrə müasir mərkəzin yaradılması çərçivəsində hazırlıq işləri görür. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

"Bu, olduqca kapital tutumlu layihədir və buna görə də əsaslı tədqiq edilməni tələb edir", - mənbə deyib.

Onun sözlərinə görə, yalnız investisiya qərarının qəbulundan sonra zəruri avadanlığın sifarişi və yeni mərkəzin yaradılması üzrə iş aparacaq şirkətin seçimi haqqında danışmaq mümkün olacaq. Mənbə bu layihənin reallaşdırılmasına vəsaitin ayrılması haqqında qərarın qəbulunun vaxtını açıqlamayıb.

Qeyd edək ki, yeni mərkəz neft şlamının emalına, bərk məişət və sənaye tullantılarının 62 növünə şamil ediləcək.

Xəbər lenti

Xəbər lenti