...

"Foster Wheeler" və "Honeywell" Azərbaycanda fəal çalışmaq niyyətindədirlər

Energetika Materials 10 Aprel 2012 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Axundov/

"Foster Wheeler" Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı "Foster Wheeler Italiana Group" şirkətinin baş direktoru Marko Moresko Bakıda keçirilən Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisinə həsr olunmuş forumda deyib.

"ARDNŞ-lə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yerli kadrların mühəndis potensialının və hazırlıq səviyyəsinin artırılması sahəsində uzunmüddətli tərəfdaşlığın təmin olunması üçün birgə müəssisə yaradılıb. BM azərbaycanlı mühəndislərin həm ölkə daxilində, həm də Milanda təhsil almasında fəal iştirak edəcək", - Moresko bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu kadrlar arasında dünya səviyyəli mühəndis şirkətinin yaradılması mümkün olacaq.

ARDNŞ və "Foster Wheeler" birgə müəssisəsi Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisi layihəsi çərçivəsində yaradılıb. O, İtaliyanın "Foster Wheeler" şirkətinin bölməsinin və "Neftqazelmitədqiqatlayihə" İnstitutunun bazasında yaradılıb.

Dünyanın ən güclü injinirinq layihə şirkətləri üçlüyünün daxil olduğu "Foster Wheeler" şirkəti ilə BM-in yaradılmasında məqsəd azərbaycanlı mütəxəssislərin ixtisaslaşma səviyyəsinin artırılmasından ibarətdir.

"BM-in əməkdaşlarının sayı 2015-ci ilədək 300-dək artacaq və o vaxta qədər yalnız yerli kadrları təmsil edəcəklər", - Moresko deyib.

Habelə forumda çıxış edən "Honeywell" şirkətinin (avtomatlaşdırma sahəsində dünya lideri) prezidenti və baş direktoru Raciv Qautamın sözlərinə görə, şirkət Azərbaycanda fəal çalışmaq niyyətindədir.

"Biz Azərbaycanda layihələrimizin sayını və həcmini artırmağa çalışırıq", - Qautam deyib.

Xəbər lenti

Xəbər lenti