...

"Şahdəniz-2" layihəsinin dəyərinə düzəliş edilə bilər - ARDNŞ

Energetika Materials 18 Aprel 2012 15:18 (UTC +04:00)
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilkin mühəndis-layihələşdirmə işləri "Şahdəniz-2" layihəsinin yekun dəyərini müəyyənləşdirməyə imkan verəcək.
"Şahdəniz-2" layihəsinin dəyərinə düzəliş edilə bilər - ARDNŞ

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.İsmayılov/

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilkin mühəndis-layihələşdirmə işləri "Şahdəniz-2" layihəsinin yekun dəyərini müəyyənləşdirməyə imkan verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

"İlkin mühəndis-layihələşdirmə işlərinin aparılması "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılmasının dəyərini dəqiqləşdirməyə imkan verəcək", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırmanın hazırlanması zamanı "Şahdəniz" layihəsinin dəyəri 25 milyard dollar müəyyənləşdirilmişdi. Bu, yekun rəqəm deyil.

"İşlərin gedişatında layihənin dəyəri həm artmağa, həm də azalmağa doğru 30 faiz dəyişə bilər", - Abdullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti