...

Ermənistan fəaliyyətdə olan AES-in istismar müddətinin uzadılması üçün BAEA-ya müraciət edib

Energetika Materials 19 Aprel 2012 15:14 (UTC +04:00)
Ermənistan hökuməti ölkədəki "Metsamor" atom elektrik stansiyasının (AES) ikinci blokunun iş müddətinin uzadılmasına kömək emək xahişi ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbərinə müraciət edib.
Ermənistan fəaliyyətdə olan AES-in istismar müddətinin uzadılması üçün BAEA-ya müraciət edib

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Ermənistan hökuməti ölkədəki "Metsamor" atom elektrik stansiyasının (AES) ikinci blokunun iş müddətinin uzadılmasına kömək emək xahişi ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbərinə müraciət edib. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Ermənistan hökumətinin iclasında Baş nazir Tiqran Sarkisyan bildirib.

BAEA-nın baş direktoru Yukiya Amano Yerevanda səfərdədir. O, Baş nazir Sarkisyanla da görüşüb.

Aprelin 19-da Ermənistan hökuməti ölkədəki AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılması haqqında qərar qəbul edib. Blokun işi 2016-cı il sentyabrın 1-i başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti