...

İran bütün Avropaya neft tədarükünü azaldacağı ilə hədələyir

Energetika Materials 20 Aprel 2012 17:05 (UTC +04:00)
İran Bağdadda danışıqların növbəti mərhələsindən sonra Tehranla bağlı sanksiyaları ləğv etməyəcəyi halda, bütün Avropa ölkələrinə neft ixracını azaldacaq.
İran bütün Avropaya neft tədarükünü azaldacağı ilə hədələyir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

İran Bağdadda danışıqların növbəti mərhələsindən sonra Tehranla bağlı sanksiyaları ləğv etməyəcəyi halda, bütün Avropa ölkələrinə neft ixracını azaldacaq. Bunu İranın neft naziri Rüstəm Qasımi bildirib. Bu barədə Trend cümə günü "Mehr" agentliyinə istinadən məlumat verir.

Aprelin 14-də İstanbulda İranla "5+1" qrupu arasında keçirilən nüvə məsələsi ilə bağlı müsbət xarakterizə olunan danışıqlardan sonra tərəflər mayın 23-də Bağdadda görüşməyi planlaşdırıblar.

Qasıminin sözlərinə görə, Neft Nazirliyi Böyük Britaniya və Fransaya xam neftin ixracını "rəsmən" azaldıb. Lakin o əlavə edib ki, Yunanıstan, İspaniya və Almaniyadakı neft emalçılarına neftin ixracının dayandırılması barədə qərar İranın "rəsmi" mövqeyi deyil.

Nazir deyib ki, İran Milli Neft Şirkəti (NIOC) bəzi müştərilərlə yeni müqavilələr imzalayıb və əgər Avropaya neftin ixracı tam dayandırılarsa, İranın bir neçə alternativ alıcıları meydana çıxacaq.

Xəbər lenti

Xəbər lenti