...

Azərbaycanda əhaliyə satılan qazın keyfiyyəti yoxlanılır

Energetika Materials 24 Aprel 2012 17:05 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi təbii qazın keyfiyyətinə yüksək səviyyədə nəzarət edir və bu məqsədlə ən yeni texniki üsullar və texnologiyalardan yararlanır.
Azərbaycanda əhaliyə satılan qazın keyfiyyəti yoxlanılır

Azərbaycan, Bakı, 24 aprel /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi təbii qazın keyfiyyətinə yüksək səviyyədə nəzarət edir və bu məqsədlə ən yeni texniki üsullar və texnologiyalardan yararlanır. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

Belə ki, istehlakçılara satılan təbii qazın keyfiyyət göstəriciləri Azərbaycan Respublikasında qüvvədə olan 5542-87 saylı dövlətlərarası standartın tələblərinə uyğundur.

Qeyd edək ki, əhaliyə satılan təbii qazın tərkibinin fiziki-kimyəvi göstəriciləri ARDNŞ-nin Qaz Emalı Zavodundan qəbul edilərək yoxlanılır. "Azəriqaz" İB-nin xüsusi laboratoriyasında isə Qaz Emalı Zavodundan qəbul olunan təbii qaz təkrar yoxlamadan keçir. Qazın keyfiyyət göstəricilərində standartlara uyğunsuzluq aşkar edilərdikdə müvafiq tədbirlər görülür. Qazın nəql edilməsi sisteminə daxil olan kompressor stansiyaları və magistral qaz kəmərləri sahələrindəki müasir tələblərə cavab verən ölçü cihazları ilə təmin olunmuş xüsusi laboratoriyalarda təbii qaz yenidən yoxlanılır və çatışmazlıq aşkar edildikdə nöqsanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.

Hazırda Qaradağ rayonunda yerləşən və "Azəriqaz" İB-nin Qazsazlama İdarəsinə məxsus olan laboratoriyadakı mövcud avadanlıqlar təmir olunur və yeniləşdirilir. Respublikanın bütün qaz nəqli sistemində, o cümlədən Hacıqabul, Siyəzən, Ağdaş, Qazax və Astarada da bu tip laboratoriyalar mövcuddur.

Xəbər lenti

Xəbər lenti