...

Azərbaycan neftinin qiymətləri: 30 aprel-4 may həftəsinin yekunları

Energetika Materials 5 May 2012 15:07 (UTC +04:00)
30 aprel-4 may həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 120,97 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 30 aprel-4 may həftəsinin yekunları

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir A.Bədəlova/

30 aprel-4 may həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 120,97 dollar/barel təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən 1,14 dollar/barel azdır.

30 aprel-4 may həftəsində AZERI LT-nin qiyməti maksimum 123,59, minimum isə 116,25 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

30 aprel-4 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 114,45 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 1,08 dollar/barel azdır.

30 aprel-4 may həftəsində URALS-ın qiyməti maksimum 117,17, minimum isə 109,65 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

30 aprel-4 may həftəsində "Brent Dated" növünün orta qiyməti 116,6 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 1,23 dollar/barel azdır.

30 aprel-4 may həftəsində "Brent Dated"in maksimum qiyməti 119,19, minimum isə 111,83 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti