Azərbaycan, Bakı, 7 may / Trend, müxbirlər E.İsmayılov, H.Vəliyev, A.Axundov /
Azərbaycanın şimal-qərbində baş vermiş zəlzələ Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəmərinin işinə təsir etməyib. Bu barədə bazar ertəsi Trend-ə boru kəmərlərinin operatoru qismində çıxış edən BP şirkətindən məlumat verilib.
Habelə zəlzələ Zaqatala dəmiryolunun və aeroportunun işinə də təsir etməyib. Bunu "Azərbaycan Dəmir Yolları" QSC və "Azərbaycan Hava Yolları" QSC-dən təsdiqləyiblər.
Bazar ertəsi "Azərenerji" SC-dən verilən məlumata görə, Azərbaycanın şimal-qərbində baş vermiş zəlzələ elektrik enerjisinin istehsalı və istehlakçılara verilməsi prosesinə təsir etməyib.
"Elektrik enerjisinin istehsalı və paylanması prosesinə təsir edə biləcək problem yoxdur. SC abonentlərə elektrik enerjisinin verilməsini təmin edir", - "Azərenerji"dən deyiblər.
Hazırda SC-nin əməkdaşları ölkənin şimal-qərb hissəsində yerləşən bütün elektrik obyektlərinin tədqiqi və onlara baxış üzrə işlər həyata keçirir.
Bazar ertəsi ölkənin Rabitə və İnfofrmasiya Texnologiyaları Nazirliyindən Trend-ə verilən məlumata görə, zəlzələ respublikanın telekommunikasiya infrastrukturuna (poçt rabitəsi şöbəsi, ATS və Nazirliyin struktur bölmələri) təsir etməyib.
Bazar ertəsi ölkənin "Azərsu" ASC dövlət şirkətindən (ölkənin su operatoru) Trend-ə verilən məlumata görə, yeraltı təkanlar su qurğularına, magistrallara və xətlərə ziyan vurmayıb.
"İlkin məlumatlara görə, zərər çəkmiş regionda su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi ilə bağlı problem yoxdur", - şirkətdən deyiblər.