...

"Fitch" ARDNŞ və "Azərenerji"nin reytinqlərini təsdiq edib

Energetika Materials 14 May 2012 18:03 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin xarici valyutada emitentinin defoltunun uzunmüddətli reytinqi üzrə proqnozu "Müsbət"dən "Sabit"ə dəyişdirib və bu reytinqi "BBB-" səviyyəsində təsdiq edib.
"Fitch" ARDNŞ və "Azərenerji"nin reytinqlərini təsdiq edib

Azərbaycan, Bakı, 14 may /Trend/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin xarici valyutada emitentinin defoltunun uzunmüddətli reytinqi üzrə proqnozu "Müsbət"dən "Sabit"ə dəyişdirib və bu reytinqi "BBB-" səviyyəsində təsdiq edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi agentliyin yaydığı məlumatda deyilir.

Xarici valyutada emitentin defoltunun qısamüddətli reytinqi "F3" səviyyəsində təsdiq edilib.

"Fitch", həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici valyutada emitentinin defoltunun uzunmüddətli reytinqini "Sabit" proqnozla "BBB-" səviyyəsində təsdiq edib. Xarici valyutada emitentin defoltunun qısamüddətli reytinqi "F3" səviyyəsində, prioritet təmin edilməmiş reytinqi isə "BBB-" səviyyəsində təsdiq edib.

"Azərenerji"nin reytinqi üzrə "Sabit" proqnozuna yenidən baxılması 2012-ci il mayın 11-də Azərbaycanın xarici valyutada emitent defoltunun uzunmüddətli reytinqi üzrə proqnozunun "Müsbət"dən "Sabit"ə keçirilməsindən ("Fitch" Azərbaycanın reytinqləri üzrə proqnozları "Sabit"ə dəyişdirib və reytinqləri "BBB-" səviyyəsində təsdiq edib) sonra baş verib. Suveren reytinqi və "Azərenerji"nin reytinqi üzrə proqnoza yenidən baxılması "Fitch"in reytinqlərin dəyişdirilməsinin mümkün istiqamətləri haqqında fikrini daha dəqiq əks etdirir", - məlumatda deyilir.

Azərbaycan hökuməti ilə güclü hüquqi, strateji və əməliyyat əlaqələri nəzərə alınmaqla, "Azərnerji"nin reytinqləri Azərbaycanın reytinqləri ilə ("BBB-"/"Sabit" prtonoz/"F3") eyni səviyyədədir. 2011-ci ilin sonuna şirkətin 81,7 faiz borcu dövlət zəmanətli olub.

Xəbər lenti

Xəbər lenti