...

Aİ alternativ energetika texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır

Energetika Materials 15 May 2012 13:34 (UTC +04:00)
Avropa İttifaqı ölkələri alternativ energetika və kənd təsərrüfatı sahəsində təcrübə və texnologiyaları bölüşməyə hazırdır.
Aİ alternativ energetika texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov /

Avropa İttifaqı ölkələri alternativ energetika və kənd təsərrüfatı sahəsində təcrübə və texnologiyaları bölüşməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

Çərşənbə axşamı Kobianın başçılıq etdiyi Aİ ölkələri səfirlərindən ibarət nümayəndə heyəti Qobustan rayonuna səfər edib. Nümayəndə heyəti burada kənd təsərrüfatının, o cümlədən bu regionun heyvandarlıq və alternativ energetika inkişafının əsas istiqamətləri ilə tanış olublar.

Onun sözlərinə görə, Azərbaycan alternativ və bərpa olunan enerji mənbələri sahəsində, o cümlədən aqrar sahədə böyük imtiyazlara malikdir və Aİ bu istiqamətlərdə inkişafa yardım etməyə hazırdır.

"Aİ ölkələri üçün Azərbaycan iqtisadiyyatının təkcə bu istiqamətləri deyil, başqa sahələri də böyük maraq doğurur", - Kobia deyib.

Aİ-nin bir sıra ölkələrinin səfirləri Azərbaycanla, eləcə də regional səviyyədə əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildiriblər.

Azərbaycanın Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyi rəhbərinin müavini Cəmil Məlikovun sözlərinə görə, perspektivdə təcrübə poliqonunun yerləşdiyi Qobustan rayonunun alternativ enerjinin tədrisi və idarə olunması üzrə respublika mərkəzinə çevrilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti