...

ARDNŞ Xəzərdə yeni neft quyusunu balansa daxil edib

Energetika Materials 29 May 2012 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.İsmayılov/

"SOCAR-AQŞ" MMC "Günəşli-13" platformasında yeni quyunun qazılmasından sonra quyunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "28 May" Neftqazçıxarma İdarəsinə təhvil verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı MMC-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, qazma işlərinin yekununda quyunun dərinliyi 2950 metr təşkil edib. Əldə edilən məlumatlara görə, quyudan gün ərzində 94 ton neft hasil edilir.

Həmçinin, hazırda iki quyunun qazılmasına ("Günəşli-11" və "Günəşli-13" platformalarında) başlamaq üzrə hazırlıq işləri aparılır.

Xəbər lenti

Xəbər lenti