...

Azərbaycanda işləmiş neft şirkəti könüllü likvidasiyasını elan edib

Energetika Materials 7 İyun 2012 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanda işləmiş "Amoco Caspian Sea Petroleum Limited" neft şirkəti könüllü likvidasiyasını elan edib. Şirkətin likvidasiyası 2012-ci il aprelin 27-də başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı rəsmi mətbuatda dərc edilən müvafiq bildirişdə deyilir.

Bundan başqa, şirkət bütün kreditorları xəbərdar edir ki, onlar 30 iyun 2012-ci ilədək ünvanları və borc iddialarının detalları, vəkillərinin adları və ünvanları haqqında məlumatı [email protected] elektron ünvanına göndərməlidirlər. Əks təqdirdə, kreditorlar borc iddiasının təsdiqindən əldə edilən payların bölüşdürülməsindən kənar oluna bilərlər.

Şirkətin likvidatoru qismində "Ernst and Young" şirkətini təmsil edən Elizabet Bingem və Roy Beyli çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti