...

Azərbaycanın bir sıra rayonlarına qazın verilişində fasilələr yaranacaq

Energetika Materials 13 İyun 2012 13:16 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq 13 iyun 2012-ci il tarixdə saat 09:00-dan "Azadkənd-İmişli" magistral qaz kəməri, 09:00-dan 20:00-dək isə "Şamaxı" avtomatik qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycanın bir sıra rayonlarına qazın verilişində fasilələr yaranacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Təmir işləri ilə əlaqədar olaraq 13 iyun 2012-ci il tarixdə saat 09:00-dan "Azadkənd-İmişli" magistral qaz kəməri, 09:00-dan 20:00-dək isə "Şamaxı" avtomatik qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri aparılan müddətdə Şamaxı şəhərinə, rayonun Şəhriyar qəsəbəsi, Meysəri və Böyük Xınıslı kəndlərinə, eləcə də Saatlı və İmişli rayonlarının yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti