...

Taner Yıldız: TANAP "Nabucco West" layihəsinə birləşdiriləcək

Energetika Materials 29 İyun 2012 10:50 (UTC +04:00)
Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans Anadolu qaz kəməri (TANAP) "Nabucco West" layihəsinə birləşdiriləcək.
Taner Yıldız: TANAP "Nabucco West" layihəsinə birləşdiriləcək

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans Anadolu qaz kəməri (TANAP) "Nabucco West" layihəsinə birləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız "Haber" qəzetində cümə günü dərc olunmuş müsahibəsində deyib.

Onun sözlərinə görə, eləcə də Azərbaycan qazının Bolqarıstan ərazisi vasitəsilə Avstriyaya nəqli variantına da baxılır.

Şahdəniz konsorsiumu Cənub-Şərqi və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının qiymətlədirilməsini yekunlaşdırıb. Bu barədə ARDNŞ və BP-nin Bakı ofisinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda deyilir.

Təklif Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) marşrutu nəzərdə tutur. Boru kəmərinin gücü 20 milyard kubmetr təşkil edəcək.

"Nabucco West" 1300 km uzunluğunda boru kəmərinin (Bolqarıstan - 412 km, Rumıniya - 469 km, Macarıstan - 384 km, Avstriya - 47 km) tikintisini nəzərdə tutur.

Boru kəməri marşrutu üzrə yekun qərar 2013-cü ildə qəbul ediləcək.

Çərşənbə axşamı Azərbaycan və Türkiyə Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılmasına dair hökumətlərarası saziş imzalayıb.

Xəbər lenti

Xəbər lenti