...

Taner Yıldız: Türkiyənin qaz idxalına görə borcu yoxdur

Energetika Materials 29 İyun 2012 17:34 (UTC +04:00)
Türkiyə "al və ödə" prinsipi üzrə imzalanmış qaz müqavilələri üzrə bütün öhdəlikləri yerinə yetirib.
Taner Yıldız: Türkiyənin qaz idxalına görə borcu yoxdur

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə "al və ödə" prinsipi üzrə imzalanmış qaz müqavilələri üzrə bütün öhdəlikləri yerinə yetirib. Trend-in "Anadolu" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə cümə günü Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

"Enerji daşıyıcılarının idxalına görə Ankaranın İran, Azərbaycan və Rusiyaya borcu yoxdur", - Yıldız deyib.

Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkətinin statistik məlumatına görə, 2011-ci ildə Türkiyə 39,7 milyard kubmetr qaz idxal edib. Türkiyəyə qaz ixracatçıları arasında Rusiya birinci yeri tutur. Daha sonra İran və Azərbaycan gəlir.

Xəbər lenti

Xəbər lenti