...

Kolumbiya Azərbaycanın neft-qaz sektorundakı təcrübəsini öyrənməkdə maraqlıdır

Energetika Materials 3 İyul 2012 17:27 (UTC +04:00)
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Kolumbiya Senatının İkinci konstitusional komitəsinin sədri Aleksandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Kolumbiya Azərbaycanın neft-qaz sektorundakı təcrübəsini öyrənməkdə maraqlıdır

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Kolumbiya Senatının İkinci konstitusional komitəsinin sədri Aleksandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın Sənaye və Energetika Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında xüsusən neft-qaz sektorunda əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

"Kolumbiyada neft hasilatının həcmi sutkada 1 milyon barel səviyyəsindədir ki, bu da Azərbaycandakı hasilat göstəricilərinə uyğundur. Lakin ölkə əhalisinin sayı 47 milyon nəfərdir və neft hasilatının həcmi ölkənin tələbatını ödəmək üçün kifayət etmir", - Pirakive görüş zamanı qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan neft-qaz hasilatı və karbohidrogen yataqlarının işlənməsi sahəsində böyük təcrübəyə və müasir texnologiyalara malikdir və buna görə də Kolumbiya respublikanın təcrübəsinin öyrənilməsində maraqlıdır.

Görüş zamanı Natiq Əliyev qonaqlara Azərbaycanın iqtisadiyyatın bütün sahələrində, xüsusən, neft-qaz sektorunda nailiyyətləri haqqında danışıb.

"Görüş zamanı Kolumbiya tərəfi Natiq Əliyevi iri qaz forumunda iştirak etməyə çağırıb. Forum bu ilin sonunda Kolumbiyada keçiriləcək", - çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli deyib.

Xəbər lenti

Xəbər lenti