Azərbaycan, Bakı, 31 iyul/Trend, müxbir E. İsmayılov/
Bakı istilik elektrik stansiyası (İES) cari ilin birinci yarısında təqribən 266,5 milyon kilovat/saat elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, iyunda bu göstərici təqribən 47,5 milyon kilovat/saat elektrik enerjisi təşkil edib.
Bakı İES-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz turbin qurğusu fəaliyyət göstərir.