...

Qırğızıstan energetika sahəsində etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Energetika Materials 10 Avqust 2012 20:51 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev Qırğızıstanın sənaye və energetika naziri Askarbek Şadiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Qırğızıstan energetika sahəsində etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 10 avqust /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev Qırğızıstanın sənaye və energetika naziri Askarbek Şadiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, Abdullayev Azərbaycanın sürətli templərlə davamlı iqtisadi inkişafında neft-qaz sənayesinin rolundan bəhs edib, son illər qazanılmış nailiyyətlərdən danışıb, Azərbaycanda həyata keçirilən regional əhəmiyyətli neft-qaz layihələri, habelə ARDNŞ-nin ölkə daxilində və xaricdə gerçəkləşdirdiyi iri tutumlu sərmayə proqramları haqqında qonaqlara ətraflı məlumat verib.

Şadiyev ölkəsində aparılan islahatlar haqqında danışıb, inkişafın Azərbaycan modelinin böyük maraq doğurduğunu qeyd edib. Qırğızıstanlı nazir enerji daşıyıcılarının istehsalı və ixracı sahəsində etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

ARDNŞ prezidenti Azərbaycanın əməkdaşlıq üçün açıq və əlverişli ölkə olduğunu, həyata keçirdiyi layihələrdə iqtisadi səmərələlik prinsipinə böyük önəm verdiyini nəzərə çatdırıb.

Görüşdə qarşılıqılı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti