...

Azərbaycan, Türkiyə, Türkmənistan və Aİ qaz tədarükü üzrə danışıqlar aparır

Energetika Materials 3 Sentyabr 2012 10:40 (UTC +04:00)
Sentyabrın 2-dən 5-dək Türkmənistanda Azərbaycan, Türkiyə, Türkmənistanın energetika nazirlərinin və Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottingerin görüşü keçirilir.
Azərbaycan, Türkiyə, Türkmənistan və Aİ qaz tədarükü üzrə danışıqlar aparır

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 2-dən 5-dək Türkmənistanda Azərbaycan, Türkiyə, Türkmənistanın energetika nazirlərinin və Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottingerin görüşü keçirilir.

Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli Trend-ə sənaye və energetika nazirinin müavini Natiq Abbasovun planlaşdırılan danışıqlarda iştirak etmək üçün Türkmənistana yola düşməsi faktını təsdiqləyib.

Bazar ertəsi Türkiyənin "Hürriyət" qəzetinin ölkənin energetika və təbii resurslar naziri Taner Yıldıza istinadən verdiyi məlumata görə, Trans Anadolu qaz kəməri (TANAP) layihəsi Türkmənistan qazına maraq göstərir.

Öz növbəsində, Türkmənistan qazının Azərbaycan ərazisi ilə Xəzərin dibi ilə çəkilən Trans Xəzər qaz kəməri ilə nəqli də mümkündür. Bu kəmər Türkmənistandan qazın Avropaya tədarükünü nəzərdə tutur.

Azərbaycan və Türkiyə arasında iyunun 26-da Trans Anadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılması barədə hökumətlərarası saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti