...

Azərbaycan Dövlət Neft Fondu Macarıstanda heç bir qiymətli kağıza investisiya etməyi nəzərdə tutmur

Energetika Materials 3 Sentyabr 2012 15:41 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Macarıstanda heç bir qiymətli kağıza investisiya etməyi nəzərdə tutmur.
Azərbaycan Dövlət Neft Fondu Macarıstanda heç bir qiymətli kağıza investisiya etməyi nəzərdə tutmur

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Macarıstanda heç bir qiymətli kağıza investisiya etməyi nəzərdə tutmur. Trend-in məlumatına görə, bu barədə Fondun rəsmi açıqlamasında deyilir.

"Azərbaycan Respublikası Dövlət Neft Fondu ARDNF-nin Macarıstan qiymətli kağızlarını alması ilə bağlı dərc edilən məlumatla əlaqədar bildirir ki, Neft Fondu Macarıstanda heç bir qiymətli kağıza və ya digər maliyyə alətinə investisiya etməyi nəzərdə tutmur" , - açıqlamada bildirilir.

ARDNF bu cür yanlış informasiyalar dərc edilməzdən əvvəl məlumatların Neft Fondu ilə dəqiqləşdirilməsini məqsədəuyğun hesab edir.

Xəbər lenti

Xəbər lenti