...

Azərbaycan neftinin qiymətləri sentyabrın 24-də azalıb

Energetika Materials 25 Sentyabr 2012 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 112,6 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bazar ertəsi neftin qiymətləri cümə gününə nisbətən 1,8 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 111,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,83 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 24-də 107,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,99 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 24-də 108,88 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,31 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti