...

"Azərikimya"da ekologiyanın qorunması, tullantıların idarə olunması işi gücləndirilir

Energetika Materials 27 Sentyabr 2012 15:28 (UTC +04:00)
ARDNŞ-nin ekoloji proqramının "sıfır tullantı" prinsipinin tələblərini rəhbər tutan "Azərikimya" İstehsalat Birliyinin idarə və müəssisələrində ətraf mühitin qorunması və istehsalat tullantılarının idarə olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı işlər daha konkret xarakter alaraq davam etdirilir.
"Azərikimya"da ekologiyanın qorunması, tullantıların idarə olunması işi gücləndirilir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

ARDNŞ-nin ekoloji proqramının "sıfır tullantı" prinsipinin tələblərini rəhbər tutan "Azərikimya" İstehsalat Birliyinin idarə və müəssisələrində ətraf mühitin qorunması və istehsalat tullantılarının idarə olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı işlər daha konkret xarakter alaraq davam etdirilir.

İB-dən cümə axşamı Trend-ə verilən məlumata görə, "Tullantıların idarə olunması Planı"na uyğun olaraq Birliyin bütün istehsalat sahələrində tullantıların çeşidlənməsi üçün xüsusi yerlər təyin edilib və müvafiq rəng kodları ilə rənglənərək 240-dan artıq tullantı qutusu və konteynerlərlə təchiz edilib. Tullantılar sex və istehsalatlarda növlərinə görə çeşidlənməklə Birliyin Ekologiya şöbəsinin nəzarəti altında qrafik üzrə daşınaraq müvafiq tullantı mərkəzlərinə təhvil verilir.

Bu sahədə işin daha səmərəli təşkili və tullantıların düzgün çeşidlənməsi məqsədilə təhlükəli və təhlükəsiz tullantılarla işləmək qaydalarına, daşınmasına və zərərsizləşdirilməsinə dair təlimatlar hazırlanıb. Birliyin idarə və müəssisələrinin müvafiq ərazilərində 180-dən artıq bu cür maarifləndirici plakat və nişanlar asılıb. Hazırda tullantıların təsnifatı, uçotu və sənədləşmə işlərinin aparılması, istehsalat prosesində əmələ gələn tullantıların minimuma endirilməsi, çeşidlər üzrə utilizasiyası və istifadəsi, təkrar emalı və ləğv edilməsi məsələlərinə ciddi diqqət yetirilir.

Bərk tullantıların idarə olunması ilə yanaşı, İstehsalat Birliyinin idarə və müəssisələrində çirkab və məişət-təsərrüfat sularının Təmizləyici qurğular sexinə nəqli və təmizlənməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilib. Etilen-Polietilen zavodunun əsaslı təmiri zamanı kimyəvi çirkab suları üçün nəzərdə tutulmuş yeraltı quyu kimyəvi şlamdan tam təmizlənib və orada təmir işləri aparılıb. Kimyəvi çirkab sularının Təmizləyici qurğular sexinə nəql edilməsi və təmizlənməsi məqsədilə diametri 400 mm, uzunluğu 1250 metr olan yeni xəttin çəkilməsi işləri tam başa çatdırılıb və digər təmir-bərpa işləri aparılıb. Bu günlərdə isə çirkab sularının tərkibindəki neft məhsullarının, o cümlədən yağların tam tutulması məqsədilə Təmizləyici qurğular sexində yeni bir xüsusi qurğunun quraşdırılması işləri də başa çatmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti