...

ARDNŞ Gürcüstanda YDM şəbəkəsini genişləndirir

Energetika Materials 13 Oktyabr 2012 13:25 (UTC +04:00)
Bu il Gürcüstanda SOCAR brendi alıtnda işləyən yanacaqdoldurma məntəqələrinin (YDM) sayı 110 ədədi ötəcək.
ARDNŞ Gürcüstanda YDM şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.İsmayılov/

Bu il Gürcüstanda SOCAR brendi alıtnda işləyən yanacaqdoldurma məntəqələrinin (YDM) sayı 110 ədədi ötəcək. Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) bildiriblər.

Hazırda ARDNŞ-nin Gürcüstanda YDM-lərinin sayı 97 ədəd təşkil edir.

"Gürcüstanın müxtəlif regionlarında YDM-lərin tikintisi ilə bağlı fəal işlər aparılır və ilin sonunadək qonşu ölkədə SOCAR brendi altında işləyən YDM-lərin sayı 110 ədədi ötəcək", - mənbə qeyd edib.

Onun sözlərinə görə, Gürcüstanda xüsusilə 6 qazdoldurma məntəqəsi və 10-a yaxın YDM-in tikintisi aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti