...

Sabirabadın daha bir kəndinə təbii qaz verilib

Energetika Materials 23 Oktyabr 2012 16:14 (UTC +04:00)
Bu gün Sabirabad rayonunun Ulacalı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Sabirabadın daha bir kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Bu gün Sabirabad rayonunun Ulacalı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 860 abonenti olan Ulacalı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 83757,57 metr olan müxtəlif diametrli polietilen qaz kəmərləri çəkilib, 860 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb, rayonun Nərimankənd kəndində yerləşən qazpaylayıcı stansiyadan 15561 metr uzunluğunda 315 mm-lik polietilen daşıyıcı qaz xətti inşa edilib.

Bu, gələcəkdə Ulacalı kəndinə qonşu olan Mürsəlli, Bulduq, Şıxlar və həmin ərazidə yerləşən digər kəndlərin də qazlaşdırılması üçün imkan yaradır. Hazırda Mürsəlli və Bulduq kəndlərində qazlaşdırma işləri yekunlaşmaq üzrədir. Şıxlar, Qaratəpə və Əhmədabad kəndlərində isə işlər sürətlə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti