...

Bir sıra rayonların qaz təchizatında məhdudiyyət olacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 29 Oktyabr 2012 20:54 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq oktyabrın 30-da saat 09:00-dan 18:00-dək "Ağdaş" və "Şəmsabad" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Bir sıra rayonların qaz təchizatında məhdudiyyət olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Təmir işləri ilə əlaqədar olaraq oktyabrın 30-da saat 09:00-dan 18:00-dək "Ağdaş" və "Şəmsabad" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri aparılan müddətdə Ağdaş şəhəri də daxil olmaqla, rayonun yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Təmir işləri ilə əlaqədar olaraq oktyabrın 30-da saat 10:00-dan 18:00-dək "Nardaran-Maştağa", "Maştağa-Nardaran" və "Bolqarıstan sovxozu" orta təzyiqli qaz kəmərlərində, "Əskipara-1" və "Əskipara-2" avtomatik qazpaylayıcı stansiyalarında, saat 11:00-dan 18:00-dək isə "Lək" və "Zərdab" qazpaylayıcı stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Sabunçu rayonunun Nardaran, Maştağa qəsəbələri və Subtropik sovxoz adlanan yaşayış massivinə, Zərdab rayonuna, Ucar rayonunun Lək kəndinə, həmçinin Qazax şəhəri istisna olmaqla rayonun "mavi yanacaq"la təmin olunan bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti