...

Azərbaycanda "Azəri-Çıraq-Günəşli"də hasilat 35 milyon tonadək artırılacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 1 Noyabr 2012 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.İsmayılov /

2014-cü ildə Xəzərin Azərbaycan s ektorundakı "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda neft hasilatının həcmi 35 milyon ton təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda 2013-cü il üzrə blokda hasilat proqramına baxılır və gələn il hasilatın həcminin 2012-ci il göstəricisindən az olmayacağı gözlənilir.

Abdullayev habelə qeyd edib ki, hazırda "Chirag oil project" layihəsi çərçivəsində də işlər davam etdirilir və 2013-cü ilin sonunda bu layihə çərçivəsindəki quyular istismara veriləcək.

Şirkət rəhbəri bildirib ki, müvafiq olaraq 2014-cü ildə hasilatın həcmi 35 milyon tona çatacaq.

Onun sözlərinə görə, 2014-2024-cü illər üzrə hazırlanan blokun işlənməsinin uzunmüddətli proqramına uyğun olaraq, hasilatın bu həcminin uzun müüddət saxlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti