...

Türkiyə XİN: TANAP layihəsinin Azərbaycanla birgə reallaşdırılması Ankara üçün vacib addımdır

Energetika Materials 7 Noyabr 2012 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir A.Tağıyeva/

Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin Azərbaycanla birgə reallaşdırılması energetika sahəsində Türkiyə üçün vacib və strateji addımdır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Bu barədə Trend çərşənbə günü "İxlas" agentliyinə istinadən xəbər verir.

"TANAP layihəsində Azərbaycanın enerji resursları və Türkiyənin coğrafi vəziyyəti birləşir və layihə bizim ticarət əlaqələrimizi gücləndirir", - Davudoğlu deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda xarici investisiyaların böyük hissəsi Türkiyənin payına düşür. Eyni zamanda, Türkiyədə Azərbaycanın investisiyaları 80 faiz artıb.

Son beş il ərzində Türkiyə ilə Azərbaycan arasında əmtəə dövriyyəsi beş dəfə artıb.

Nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə çox möhkəm əlaqələrə malikdirlər və münasibətlərdə hansısa böhranın olmasından danışmağın mənası yoxdur.

Hazırda Türkiyənin BOTAŞ şirkəti TANAP layihəsində 20, ARDNŞ isə 80 faizlik paya malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti