...

Azərbaycan neftinin qiymətləri: 5-9 noyabr həftəsinin yekunları

Energetika Materials 12 Noyabr 2012 11:53 (UTC +04:00)
Trend-in məlumatına görə, 5-9 noyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 111,11, minimum isə 107,75 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 5-9 noyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.İsmayılov/

5-9 noyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 109,56 dollar/bareldən çox təşkil edib ki, bu da ötən həftənin qiymətindən 1,03dollar/barel azdır.

Trend-in məlumatına görə, 5-9 noyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 111,11, minimum isə 107,75 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

5-9 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 105,7 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,11 dollar/barel azdır.

5-9 noyabr həftəsində URALS-ın qiyməti maksimum 107,21, minimum isə 103,97 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

5-9 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 108 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,82 dollar/barel azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 109,43, minimum isə 106,05 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti