...

2012-ci ildə "Şahdağ" stansiyası 280 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 12 Noyabr 2012 14:24 (UTC +04:00)
Cari ilin 10 ayı ərzində "Şahdağ" elektrik stansiyasında 280,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
2012-ci ildə "Şahdağ" stansiyası 280 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 12 noyabr/Trend, müxbir E. İsmayılov/

Cari ilin 10 ayı ərzində "Şahdağ" elektrik stansiyasında 280,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" SC-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, stansiyada cari ilin oktyabr ayında 23,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

Digər enerji müəssisələrində olduğu kimi, burada da 2012/2013-cü illərin payız-qış mövsümünü normal keçirmək məqsədilə tədbirlər planına uyğun olaraq, enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda, digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir.

Xatırladaq ki, bu elektrik stansiyası hər birinin gücü 8,7 MVt olan 12 ədəd porşen tipli aqreqatdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti