...

BP 2013-cü ildə Azərbaycanın "Şəfəq-Asiman" perspektiv strukturunda seysmik nəticələri dəqiqləşdirəcək

Energetika Materials 23 Noyabr 2012 19:06 (UTC +04:00)
"BP Azerbaijan" şirkəti 2013-cü ildə "Şəfəq-Asiman" perspektiv strukturunda aparılan üçölçülü geofiziki tədqiqatlar nəticəsində əldə edilən məlumatların işlənməsini başa çatdırmağı planlaşdırır.
BP 2013-cü ildə Azərbaycanın "Şəfəq-Asiman" perspektiv strukturunda seysmik nəticələri dəqiqləşdirəcək

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.İsmayılov/

"BP Azerbaijan" şirkəti 2013-cü ildə "Şəfəq-Asiman" perspektiv strukturunda aparılan üçölçülü geofiziki tədqiqatlar nəticəsində əldə edilən məlumatların işlənməsini başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə şirkətin axtarış və kəşfiyyat məsələləri üzrə vitse-prezidenti Qreq Rayli deyib.

"Əldə edilən məlumatların işlənməsinin birinci mərhələsi artıq yekunlaşıb, ikinci mərhələ yaxın vaxtlarda başlayacaq və gələn il ərzində tamamlanması planlaşdırılır", - Rayli qeyd edib.

Rayli bildirib ki, üçölçülü geofiziki tədqiqatlar "Gilavar" geofiziki gəmisi ilə aparılıb, tədqiqatların nəticəsində alınan məlumatların işlənməsi ilə "Caspian Geophysical" məşğul olur.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, struktur üzrə göstəricilər yaxşıdır və şirkət ümid edir ki, burada qaz-kondensat yatağı açıla bilər.

Rayli vurğulayıb ki, BP və ARDNŞ arasında imzalanan PSA tipli müqavilə BP şirkətinə ilk dəfə olaraq Xəzərin Azərbaycan sektorunun dərin sulu hissəsinə çıxmağa imkan verir.

O, həmçinin bildirib ki, BP şirkəti perspektiv strukturda kəşfiyyat-qazma işləri zamanı tətbiq edilə biləcək avadanlıq və texnologiyalarla bağlı ARDNŞ ilə müzakirələr aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti