...

ARDNŞ: Azərbaycanın kifayət qədər qaz resursları var

Energetika Materials 3 Dekabr 2012 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkənin qaza olan tələbatını və ixrac əməliyyatları çərçivəsində öz öhdəliklərini tam ödəyir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ölkədə qaz resursları vətəndaşları qazla təmin etmək, eləcə də ixrac tədarükləri üçün kifayət edir. O cümlədən bu il ölkənin yeraltı qaz anbarlarında qaz ehtiyatının həcmi 3,5 milyard kubmetrə yaxın təşkil edir ki, bu da ötən ilin göstəricisindən çoxdur.

"Şirkətin həm daxili bazarı, həm də ixrac öhdəliklərini təmin etmək üçün imkanları var", - Abdullayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti