...

ARDNŞ 136 min metrdən çox qazma işi həyata keçirib

Energetika Materials 9 Yanvar 2013 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

2012-ci ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 6580 metr qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 5782 metri istismara, 798 metri kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-dekabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 136 441 metr qazma işi görülüb ki, bunun da 128 968 metri istismara, 7473 metri kəşfiyyata aid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti